Musiqi bazarına girdiyi gündən dünyanın ən çox danışılan adlarından birinə çevrilən amerikalı müğənni Madonna məşhur tok-şou aparıcısı Cimmi Fallona maraqlı açıqlamalar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Madonnun 16 yaşlı oğlu haqqında dediyi sözlər təəccüb doğurub.

Madonna 16 yaşlı oğıu David Bandanın moda barəsində özündən daha yaşxı olduğunu bildirib. Çərşəmbə günü qatıldığı proqramda Madonna çıxışını belə davam etdirdi: “Bu, həqiqətən məyusedicidir. O, mənim paltarlarımı geyinir və onlarda daha gözəl görünür. Hətta istəsə paltar geyinib qəssab kimi görünə bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə