Ebru Gündeş səhnədə göz yaşlarını saxlaya bilməyib

Türkiyəli müğənni Ebru Gündeş ötən iyul ayında anasının ölüm xəbəri ilə sarsılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, konsertlərə bir müddət ara verən Ebru Gündeş ötən axşam Antalyada bir oteldə səhnəyə çıxıb. Dillər əzbəri olan mahnılarını ifa edən Ebru Gündeş konsertin sonrakı dəqiqələrində duyğulu anlar yaşayıb. Yaşadığı böyük ağrıdan sonra Belekdəki otellərdən birində konsert verən müğənni səhnədə çətinlik çəkib.

Anasının ölümündən sonra ilk dəfə səhnəyə çıxan Ebru Gündeş bir-birinin ardınca sevilən mahnılarını səsləndirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə