"Biz 20 ildir bir-birimizə sevgilim deyə müraciət edirik" - XALQ ARTİSTİ AÇIQLADI

Xalq artisti Nazpəri Dostəliyevanın xalq artisti Ramiz Novruzla bağlı dediyi sözlər hamını təəccübləndirdi. SİA xəbər verir ki, xalq artisti bu barədə ATV kanalında yayımlanna "Günün sədası" verlişinin qonağı olarkən dnaışıb. Nazpəri Dostəliyeva verliş zamanı "Nə olar, Allahım" mahnısı və ona çəkilən klip barədə öz xatirələrini bölüşüb.

Xalq artistinin sözlərinə görə, sənətçinin bu mahnısının təkrarı olmayacaq: "Ola bilsin daha gözəli olacaq amma heç vaxt onun təkrar ola bilməyəcək. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizə sevgilim deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Ailəsinə də böyük hörmətim var".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə