“Köhnə” həmyerlimiz, müğənni Larisa Dolina “Russian Hit” radiostansiyasında keçirdiyi mətbuat konfransında Avropanın həyat tərzini tənqid edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “CT news” xəbər verir.
...Dolina qeyd edib ki, Moskvadakı ab-hava ona çox yaxındır, həm də paytaxtdakı həyatın ritminə uyğundur. Maraqlıdır ki, ifaçı özünü “qaçan adam” adlandırıb.
“...Mən Avropaya gələndə insanların tələsməməsi qəribədir. Onların bir növ ölçülü ömürləri var. Mən buna tamamilə nifrət edirəm”. Bunu Dolina ərz edib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl rus teatr və kino aktyoru Anatoli Belıy 19 illik xidmətdən və Rusiyadan mühacirətdən sonra Çexov adına Moskva İncəsənət Teatrından qovulmasının səbəblərini açıqlamışdı.
Sənətçi bildirib ki, cəmiyyət “diktatura”ya yaxınlaşmağa başladığı üçün ölkəni tərk etmək qərarına gəlib.
Yenə də maraqlıdır ki, o fikrini “...Rusiyada total azadlıqsızlığı tərk etdim” şəklində bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB