Məşhur aktyor qara ciyərindən əməliyyat olunub

Qara ciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub. SİA xəbər verir ki, bu barədə onun xanımı Elvina Ağayeva məlumat yayıb. O, bildirib ki, aktyora donor olan bacısı və aktyorun özü ötən gün əməliyyat olunub.

Qeyd edək ki, Elvinin əməliyyatı üçün 90 min manata yaxın pul lazım idi. Bu məbləğ "Səni axtarıram" proqramında yığılıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə