Aktrisa rayondan gələnləri tənqid etdi

Aktrisa Sonaxanım Əliyevanın sözləri böyük müzakirələrə səbəb olub. SİA xəbər verir ki, məşhur aktrisa "Gəl danış" proqramında qonağ olarkən rayondan gələn vətəndaşlar haqqında danışıb. Aktrisa "bölgədə yaşayan cavan qız, oğlan fərq etmir elə bilirlər ki, sanki Bakıya bal yaxıblar. Artıq Bakıda nəfəs ala bilmirik. Bura gəlib işləməkdən çox avarçılıq edirlər"- sözlərini bildirib.

Qeyd edək ki, aktrisanın efir zamanı dediyi bu ifadələr studiyada olan digər qonaqlara təsir edib və böyük müzakirəyə səbəb olub".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə