Rusiyada “Leninqrad” qrupunun lideri Sergey Şnurov hamilə həyat yoldaşı Olqa Abramova ilə birlikdə Rusiyanı tərk edib. Cütlüyün İsveçrəyə getdiyi bildirilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Komsomolskaya Pravda” bloger Anton Suvorkinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, sosial şəbəkələrdə Şnurov və həyat yoldaşının İsveçrə otelində şəkli peyda olub. Foto otelin qonağı tərəfindən çəkilib. Hələlik cütlüyün gedişi ilə bağlı başqa təfərrüatlar yoxdur.
Qeyd edək ki, Abramova ikinci hamiləliyindən iyunun sonunda xəbər tutub. Bu barədə teleaparıcı Kseniya Sobçak Telegram kanalında məlumat paylaşıb. Cütlüyün ilk övladı 2021-ci ilin iyununda dünyaya gəlib.
Qeyd edək ki, Şnurovun özü üçün bu, dördüncü uşaq olacaq. Çünki müğənninin 30 yaşlı Serafima adında qızı və 23 yaşlı Apollon adlı oğlu var.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə