Bu arada Rusiya Dövlət Duması Mədəniyyət Komitəsinin üzvü Sergey Solovyov əyləncəli “Pole çudes” proqramının nümayişini dayandırmağı təklif edib. Solovyov təklifini Rusiyanın Ukrayna ilə apardığı münaqişə ilə əlaqələndirib. Yəni əməliyyat zamanı əyləncəli televiziya proqramlar ekranlardan çıxarılsın.
SİA bu barədə rus saytlarına istinad edir.
Maraqlıdır ki, Solovyov bu gün əyləncəli proqramların təşkil edilməsini “hərbçilərin şücaətinə hörmətsizlik” kimi dəyərləndirib.
Solovyova görə, “indi hətta Yakuboviç kimi hörmətli aparıcı üçün də belə təşəbbüslərlə çıxış etmək düzgün deyil”. Ona görə də, “Pole çudes” müvəqqəti də olsa qapadılsın.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl “Pole çudes”in aparıcısı Leonid Yakuboviç “Axşam Urqant” verilişinin Birinci Kanalın efirindən çıxarılmasına münasibət bildirib. O, belə bir qərarı səhv adlandırıb və əlavə edib ki, bu qərarın nə ilə bağlı ola biləcəyini bilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB