Rusiyalı şoumen Maksim Qalkin və həyat yoldaşı, müğənni Alla Puqaçova yaşayış yeri ilə bağlı artıq qərar veriblər. Deyilənlərə görə, onlat ABŞ-da yaşayacaqlar. Qeyd edək ki, Qalkin ailəsi artıq Rusiyada olan daşınmaz əmlakın yenidən qeydiyyat və satışı ilə məşğuldurlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Roman Xudyakov məlumat verib.
“Rusiya və rus ictimaiyyətinə xain Maksim Qalkin yaşayış yeri ilə bağlı artıq qərar verib. Əslində buna heç kim şübhə etmirdi. Bura ABŞ-dır. Görünür, bizim məşhur müğənnimiz Alla Puqaçova da Rusiyadakı “əri” Qalkinin həyatın daha parlaq olmadığını başa düşərək onunla ora köçür. Qalkinlər ailəsinin üzvləri artıq onlara məxsus villa da daxil olmaqla daşınmaz əmlakın yenidən qeydiyyatı və satışı ilə məşğuldurlar”.
Qeyd edək ki, Xudyakov bunları “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xudyakovun sözlərinə görə, qışın sonunda Qalkinlər ailəsi ABŞ-da daşınmaz əmlak almağa ümid edirlər. O, gələn ilin mart ayında Qalkinin ABŞ-da Amerika ictimaiyyəti üçün ilk konsertini verməyi planlaşdırdığını da söyləyib.
Xatırladaq ki, Ukraynada Rusiya xüsusi əməliyyatı başlayandan sonra Qalkin həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birlikdə Rusiyanı tərk edib. Hazırda onlar İsraildə yaşayırlar. Yaxşı burada rusları qane etməyən nədir?
Məsələn, Xudyakov Ukrayna Mədəniyyət Nazirliyinin Qalkini milli təhlükəsizliyə təhdid edən şəxslər siyahısından çıxararaq əfv etdiyini yazır. Təbii ki, istehza ilə...
Hələ bu nədir ki, ruslar son günlər Qalkinə qarşı “zapas variant”dan da istifadə ediblər. Belə ki, rusların əllərinin altında saxladıqları erməni tulası Qaspar Avakyan Maksim Qalkini Rusiya Silahlı Qüvvələri ilə bağlı “yalan bəyanat” verdiyinə görə, məhkəməyə verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB