Cennifer Lopez evləndikdən sonra ərinin soyadını götürüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Super.ru portalı məlumat yayıb.
Sənədlərə görə, onu indi Cennifer Afflek adlandırırlar. Toy iyulun 16-da Nevada ştatının Klark dairəsində baş tutub.
Lopez 2022-ci ilin aprelində Affleklə nişanlandığını elan etmişdi. Cütlük təxminən 20 il əvvəl ayrılsa da, keçən il müğənni və aktyorun hissləri yenidən alovlanıb. Aktyorun hədiyyə etdiyi yaşıl brilyant üzüyün dəyəri yüz milyonlarla rubl təşkil edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB