Alla oxumasa da, amma qayıdacaq...

Bəstəkar Aleksandr Zatsepin “Sobesednik”ə müsahibəsində Rusiyanı tərk edən müğənni Alla Puqaçovanın gələcəkdə ölkəyə qayıdacağı barədə fikirlərini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəstəkar eyni zamanda Allanın artıq musiqi karyerasını başa vurduğunu da bəyan edib.

“Bəli, çoxları tamaşalarının olmayacağından qorxduqları üçün getdilər. Təəssüf ki, Alla karyerasını bitirdi, mən özüm də bitirirəm, amma düşünürəm ki, o, qayıdacaq”.

Qeyd edək ki, Alla Puqaçova barədə bunları deyən rusıyalı bəstəkar, özünün Rusiyaya qayıtmağa tələsmədiyini etiraf edib: “Xeyr, mənim burada işim var, musiqilər yazıram, əyləşəcəyim çoxlu dostum var. Etiraf edim ki, Rusiyada özümü daha yaxşı hiss edirəm. Çünki mən burada doğulmuşam və bu ölkəni sevirəm”.

Arvad…doğrudan da, böyük qüvvədir. Qeyd edim Novosibirskdə doğulan Zatsepin ikinci arvadı fransızdır. Ona görə də rus bəstəkar Fransada yaşamağa “məhkumdur”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə