Tamaşaya yumurta ilə gələnlər...bayırda qalacaq

Tamaşaya yumurta ilə gələnlər...bayırda qalacaq

...Bəzi məlumatlara görə, Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkin o gün “yenə də” yumruqla hücuma məruz qalıb.

Ruslar yazır bunu...

Qalkinin özü hələ də vəziyyəti ilə bağlı şərh verməməyə üstünlük verir.

Bunu da ruslar yazır...

Hə, onu da yazırlar ki, guya 46 yaşlı yumorist Rusiyadan gedəndən sonra yaman “sınıxıb”. Rusların yazdığına görə, bu onun tənəzzülə doğru getməsi ilə bağlıdır.

“...Bu gün ictimaiyyətin diqqətini Maksim Aleksandroviçin dəyişmiş görünüşü cəlb etdi və bu, çoxlarının heyrətinə səbəb oldu. Bir versiyaya görə, ulduz uğursuz işıq və bucaq səbəbindən “yaşlanıb”. Ancaq başqaları Qalkinin döyüldüyünə inanırlar”.

Bəli, ruslar deyirsə, deməli döyülüb. Həttə o gün rus saytları İsraildəki konsertlərin birində Qalkin səhnədə olarkən ona alma atıldığı barədə də məlumat yayıblar.

Səbəb? Hansı əsasla o humanist Rusiya ordusunu gözdən salmağa çalışır? Məgər o, İsrailin özündə belə Rusiyanın “haqq işinə” nə qədər dəstək verən olduğunu unudur..?

Elə bunu da ruslar yazır...

...Və bütün bununla yanaşı bəzi rus saytları bir çox vətənpərvər rusun hələ də Qalkinlə barışmaq ümidinin itmədiyini yazırlar. Hətta bir müddət bundan əvvəl Qalkinin Türkiyənin Antalya şəhərində verəcək konsertdə ona yumurta atılacağı barədə xəbəri də ona elə həmən ruslar çatdırıb.

Yox..ruslar bu dəfə ona səhnəyə çıxarkən altdan zirehli gödəkçə geyinməyi məsləhət bilməyiblər.

...Amma tamaşaya baxmağa gələnləin üzərində yumurta axtarışının həyata keçiriləcəyi şəksizdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə