Məşhur aktrisanı tənqid etdilər

Müğənni Yıldız Tilbenin səhnəsində “Şşşşttt” adlı mahnısını oxuyan aktrisa Merve Boluğur tənqid edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə məşhur aktrisaya irad bildiriblər.

Sənətçini tənqid edənlər arasında müğənnilər - Bayhan Gürhan, Mehtap Yılmaz və başqaları var.

Sözügedən ifaya “Çox üzücüdür”, “Sənə bu işə girmə deyə ağıl verən də olmayıb?”, “ Belə şeylərin yaxşı tərəfi də var. Gözəl səsi olanların dəyərini anlayırsan”, kimi şərhlər yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə