Təbii ki, illər öz sözünü deyir

Rusiyalı müğənni Alla Puqaçova və onun yumorist həyat yoldaşı Maksim Qalkinin messencerlərdə yeni fotoları yayılıb. Qeyd edək ki, fotolar Rusiya haqqında sərt ifadələri ilə tanınan musiqiçi İntars Busulisin konsertində çəkilib. (...necə deyərlər,..bu da bir “statiya”-A. B.)

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Neopra, Lanet olsun” Telegram kanalı məlumat yayıb.

Maraqlıdır ki, yaxınlarda onların uşaqları Liza və Harri ilə birlikdə İsraildən Latviyaya köçdükləri bildirilir.

Qeyd edək ki, internetdə Alla Puqaçovanın təzə fotoları yerləşdirilib. Fotolarda o tonlanmış üzlü görünür. “Popcake.tv” xəbər verir ki, Allanın əvvəlki görüntülərilə qarşılaşmaq demək olar ki, mümkün deyil.

Jurnalistlər qeyd edirlər ki, bu gün messencerdə yayılan görüntülərdə müğənninin geniş gülümsədiyi an lentə alınıb. Şəkil filtrsiz və həmçinin peşəkar işıqlandırma olmadan çəkilib. Nəticədə, şəkillərdə “bir məşhurun ​​sifətindəki bütün pozuntular” aydın görünür.

Paylaşımlara şərhlərdə şəbəkə istifadəçiləri Puqaçovanın şəkillərindən sözün əsl mənasında şoka düşdüklərini bildiriblər.

Təbii ki, illər öz sözünü deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə