Məşhur türk sima Tülin Şahin sosial media hesabından qadınlara çimərlik paltarı ilə bağlı məsləhətlər verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çoxlu suallar verilən model, “Ayaqlarınızı daha uzun göstərmək istəyirsinizsə, dərin kəsilmiş bikini altlarını seçin. Bədəninizin orta hissəsində artıqlıqlar varsa, mütləq bərpaedici çimərlik geyimi alın. Omba qalındırsa, ipli bikini altlarını seçməyin. Bralet üslublu bikini üstləri də sinəni aşağıdan dəstəkləyərək çox gözəl forma yaradır" deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə