Məşhur aktyor meymun çiçəyinə yoluxub

Amerikalı aktyor Met Ford meymun çiçəyi xəstəliyinə yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə sənətçi özü məlumat yayıb. Sosial şəbəkə hesabında video paylaşan Mett bildirib ki, bu çox pis xəstəlikdir: “Əvvəlcə sızanağa bənzər yaralar çıxdı. Təxminən 25-ni saydım. Əvvəllər ağrıdan yata bilmirdim. Ağrıkəsici içirdim, tez-tez duş qəbul edirdim. Yüksək temperatur, titrəmə, tərləmə kimi simptonlar var idi. Düşünürəm ki, xəstəliyə iyunun 17-də yoluxmuşam. Həkimlər 3 günə proqnoz qoydu. İndi isə yaraların sağalmağını gözləyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə