Məşhur müğənni niyə mikrofonsuz oxudu?

Məşhur türk müğənni Mahsun Kırmızıgül 16 illik fasilədən sonra ötən axşam Bodrumda Qala Yalıkavakda konsert verəcəkdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin məkanın sənədlərinin qaydasında olmaması səbəbindən bələdiyyə və polis qrupları yüksək səsli musiqinin verilməsini qadağan etdiklərini bildiriblər.

Bunun üzərinə Kırmızıgül saz komandası ilə iki saat mikrofonsuz oxuyub. Məkan qonaqlardan ödəniş almırdı. Müğənninin səhnəsinə müştərilər 1 milyon TL-yə yaxın pul töküblər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə