Məşhur aktrisa illər sonra avtobusdan istifadə edib

Türkiyəli aktrisa Merve Boluğur uzun müddət sonra ictimai nəqliyyatdan istifadə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, avtobusda çəkdiyi görüntüləri "instaqram"da paylaşıb.

“Avtobusdayam. Axırıncı dəfə orta məktəbdə minmişdim. Mənim üçün nostaljidir. Təbii ki, tanıyanlar da oldu, amma kaş tanımasaydılar. “Mervenin pulu qurtardı, avtobusa mindi” xəbərləri çox maraqlıdır”, - deyə Merve vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə