“Miss Braziliya 2018”in qalibi ölüb

“Miss Braziliya 2018”in qalibi ölüb

Üç ay bundan əvvəl badamcıq əməliyyatı keçirdikdən sonra komaya düşən “Miss Braziliya 2018” müsabiqəsinin qalibi Qleysi Korreya dünyasını dəyişib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun 27 yaşı var idi.

Beləliklə, Korreia ailəsinin tanışlarından birinin sözlərinə görə, aprel ayında badamcıqların çıxarılması əməliyyatından 5 gün sonra qızda qan axma baş verib. Buna görə də gözəllik müsabiqəsinin qalibi özəl Unimed klinikasına müraciət edib. Özəl klinikada infarkt keçirdikdən sonra komaya düşüb. İki ay yarımdan artıq müddəti beyin fəaliyyətinin əlamətləri olmadan keçirən Korreya iyunun 20-də özünə gəlmədən ölüb.

. Qızın yaxınları onun ölümünün səbəbinin həkimlərin səhvi olduğunu düşünürlər.

Umat üçün bildirək ki, gözəllik müsabiqəsində qalib gəldikdən sonra Korreya lazer terapiyası və qalıcı makiyaj sahəsində öz biznesini açıb. Onun sosial şəbəkələrdəki səhifələrinə on minlərlə istifadəçi abunə olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə