Məşhur qrup parçalandı

Bu gün K-Pop musiqisinin ən əhəmiyyətli qrupu hesab edilən BTS dünən verdiyi açıqlama ilə dağıldığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, göz yaşı tökən qrup üzvləri solo karyeralarına diqqət ayıracaqlarını bildiriblər.

"Pərəstişkarlarımıza söz veririk ki, bir gün yenidən görüşəcəyik" deyiblər. Jin, Suga, J-Hope, RM, Jimin, V və Jungkoo-dan ibarət qrup 2010-cu ildə yaradılıb. 2013-cü ildə ilk albomunu çıxaran qrup indiyədək 463 mükafat qazanıb. Qrup “YouTube”da 24 saat ərzində ən çox baxış rekordunu 5 dəfə qırıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə