Röya Ayxan özünə ad günü etdi

Xalq artisti Röya Ayxan ötən günlərdə özünə doğum günü edib. SİA xəbər verir ki, 40 yaşına qədəm qoyan sənətçi dostlarını ətrafına yığıb. Ad günü qeyd olunan restoranın ətrafı Röya Ayxanın şəkilləri ilə bəzədilib.

Qeyd edək ki, məhşur müğənninin ad gününə Xalq artistləri Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, iş xanımı Ruhi Əlizadə, müğənnilər Sevda Yahyayeva, Nura Suri, Aysel Əlizadə və s. başqaları da iştirak edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə