Aysel Əlizadə küsülü olduğu şəxsin adını açıqladı

Aysel Əlizadə küsülü olduğu şəxsin adını açıqladı

Məhşur müğənni Aysel Əlizadə kikboks üzrə 6 qat dünya çempionu və eyni zamanda "Survivor" yarışmasının iştirakçısı olan Pərviz Abdullayev barədə öz fikirlərini bildirib. SİA xəbər verir ki, Aysel Əlizadə ilə Pərviz Abdullayev küsülüdürlər. Məhşur müğənni idmançı ilə küs olmaqlarının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, daima "Survivor" yarışmasında Pərvizi dəstəkləsə də, yarışma çərçivəsində "Yandırdın qəlbimi" mahnısını oxuyub və onun mahnısı olduğunu qeyd etməyib: "Pərvizlə biz uzaqdan yox, yaxından tanışıq. Pandemiya dövründə belə tez-tez onunla görüşürdük. Özümə qarşı bu hərəkəti gözləmirdim. O, diqqəti gözləyirdim"- deyərək Aysel Əlizadə bildirib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə