Rusiyalı müğənni Alla Puqaçovaya məxsus “ABP” MMC şirkəti Qərbin sanksiyalarına məruz qalıb. İndi “APB” üçün mal və texnologiyaların idxalı və ixracı bağlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə FAN məlumat yayıb.
Qeyd olunur ki, Qərb radio yayımı ilə məşğul olan, demək olar ki, bütün Rusiya müəssisələrinin fəaliyyət növünü təbliğat hesab etdiyi üçün onlara məhdudiyyətlər qoyub. Allanın “ABP MMC-yə münasibətdə isə mal və texnologiyaların ixracı/idxalına məhdudiyyətlər qoyulub.
Yeri gəlmişkən, son illər “ABP”-nin gəlirləri azaldığı da etiraf edili. Belə ki, əgər 2019-cu ildə şirkətin xalis mənfəəti 73 milyon rubl təşkil edirdisə, artıq 2020-ci ildə bu rəqəm 10 milyona düşüb.
2021-ci ildə isə “ABP”-nin xalis gəliri 3,2 milyon rubl təşkil edib. Media qeyd edir ki, hazırda şirkət praktiki olaraq kommersiya fəaliyyəti ilə məşğul deyil və tezliklə ləğv oluna bilər.
Bir daha xatıarladaq ki, Alla Puqaçova və Maksim Qalkin Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar fevralın sonunda daimi yaşamaq üçün İsrailə köçüblər. O vaxtdan bəri Qalkin dəfələrlə baş verənlər barədə danışsa da, Puqaçova susmaqda davam edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB