"… əl çəkər,.. bunlar əl çəkməz”.
Deməli, ruslar,.. yox, hələlik rus jurnalistləri parodist Maksim Qalkinin ailəsinin qastrol səfəri ilə əlaqədar Baltikyanı ölkələrə gözlənilən səfərindən xəbər tutublar.
Beləliklə, artıq dəqiqdir: Qalkinlə Alla yaxın vaxtlarda İsraili tərk edəcəklər.
Ailənin yaxınlarda, çox güman ki, Yurmalaya uçacağı ehtimal olunur. Çünki, deyilənə görə, Alla Borisovna, bir növ hər il yay istirahətini Yurmalada keçirməyə adətkar olub. Bundan əlavə, onun İsraildəki istilərə çətinliklə dözdüyü də məlum olub.
“...İsrail Puqaçovanın birbaşa əks göstəriş olduğunu söyləmək olmaz, o, artıq orada xeyli vaxt keçirib: istirahət edib,müalicə olunub, ancaq Baltikyanılar temperatur baxımından onun üçün daha rahatdır”.
Haradan əldə etdikləri barədə məlumatsız olsam da, amma deməliyəm li, bunu da rus mənbələri dərc ediblər.
Hə, yeri gəlmişkən, bu günlərdə Qalkinin onun haqqında dediklərinə reaksiya verən teleaparıcı Vladimir Solovyov Maksimə Rusiyaya qayıtmayıb elə İsraildə qalmağı məsləhət görüb.
Mən bunu eşidəndə, doğrusu, yekəpər Solovyovun Moskvaya qayıdan çəlimsiz Qalkini döyüb eləməsindən ehtiyatlandım...
Amma sonradan eşitdim ki, Solovyovun yekəpərliyinə baxmayın, “siçanürəyli”nin birisidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB