Deyəsən, körpüləri də “yandırıdı”..?

Deyəsən, körpüləri də “yandırıdı”..?

Yumorist Maksim Qalkin İsraildə verdiyi konsertdə “60 dəqiqə” və “Vladimir Solovyovla axşam” verilişlərini ələ salıb (...ruslar necə deyərlər, bu da bir “statiya”)

“StarHit” saytı xəbər verir ki, Rusiyanı tərk edən komediya aktyoru İsveçin NATO-ya üzv olmaq üçün müraciət etdiyini və buna görə də Skandinaviya ölkələrinin Rusiya Federasiyasında tənqid olunmağa başlayacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Qalkin səhnədən Rusiyada anti-Skandinaviya əhval-ruhiyyələrini artıq qabaqcadan gördüyünü bildirib.

O, “...mən artıq Skabeevanın ABBA albomunu necə yandırdığını görürəm, sizi əmin edirəm- bu çox da uzaqda deyil... Astrid Lindqrenin bütün nağıllarına 100 faiz qadağa qoyulacaq. Mən Solovyovu görürəm, o, dayanıb "Karlson!" qışqırır”.

Qeyd edək ki, sənətçi xüsusi əməliyyatla bağlı tənqidlərə görə işindən, reklam müqavilələrindən və qastrol səfərlərindən məhrum edildikdən sonra Rusiyanı tərk etdiyini də bildirib. Qalkin, sadəcə olaraq ailəsini götürüb başqa ölkədə karyera qurmaq qərarına gəldiyini, lakin Rusiyaya mümkün qayıdışını istisna etməyib.

Xatırladaq ki, sentyabrın 2-də Qalkinin Avstraliyada konserti olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə