Cennifer Lopez niyə ağladı?

Xarici MTV kanalı tərəfindən kino və televiziya dünyasının ən yaxşıları mükafatlandırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, kaliforniyadakı Barker Hangarda təşkil edilən MTV mərasimində “Euphoria” serialı dörd mükafatla gecənin qalibi oldu.

”Hörümçək adam” filmi isə “Ən Yaxşı Film” və “Ən Yaxşı Performans” mükafatlarını aldı.

ABŞ müğənnisi və aktrisası Cennifer Lopez “Mənimlə evlən” filmində oxuduğu mahnıya görə "Ən yaxşı mahnı" mükafatını qazanıb. O, həmçinin “Nəsil Mükafatı”na layiq görülüb.

Lopezin təşəkkür nitqi çox təsirli olub. O, mükafatı övladlarına və menecerinə həsr edib. O, səhnədən nişanlısı Ben Affleki "Əzizim, naharda məni gözlə" deyə səsləyib. Lopez "Hustlers" filmi Oskar mükafatına namizəd olmadığı üçün ağladı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə