Dilini dinc saxlamayanların aqibəti...

Rusiyaya qayıdacaqları təqdirdə Puqaçova və Qalkini nə gözləyir..?
Dilini dinc saxlamayanların aqibəti...

Məşhur cütlük bir neçə aydan sonra Moskvaya qayıdacaq(?). Amma deyim ki, bu da hələ sual altında olsa da,.. amma maraqlıdır, görən, Alla Puqaçova ilə Maksim Qalkin Rusiyaya qayıdacaqları təqdirdə, onları necə qarşılayacaqlar? SİA... rus saytlarına istinad edir.

Xatırladaq ki, Alla və Maksim hələ o vaxt, Donbasın "azad edilməsi" üçün xüsusi əməliyyat başlayandan sonra Rusiyanı tərk ediblər.

Belə ki, həmən ərəfədə Qalkin açıq şəkildə olaraq Rusiya hərbçilərinin hərəkətlərinə, o cümlədən ölkə rəhbərliyinin yanlış saydığı qərarına qarşı çıxmışdı. Amma onun Ukrayna məsələsində mövqeyi bəzi ruslar arasında dəstək tapmadı. Əslində, həmən ərəfədə Qalkin kimi düşünən xeyli rus sənət adamı olsa da, amma onların əksəriyyəti Maksimdən fərqli olaraq ürəklərində olanları dillərinə gətirməkdən ehtiyatlanırdılar, yox, sadəcə olaraq, qorxurdular.

Amma Maksim bəzilərindən fərqli olaraq, ürəyindəkini dilə gətirdi və məhz elə buna görə də ona rus ordusu haqqında yalan məlumatlar yayan “böhtançı” ləqəbi verilidi.

O da maraqlıdır ki, Alla Borisovna yaşanan müharibə ilə bağlı əri Maksim kimi hər hansı bir açıqlama və ya şərh verməsə də, amma deyilənlərə görə, o da, əri ilə həmrəydir.

Bununla belə, rus primadonnası bu gün yaşadığı İsraildə daimi yaşamaq niyyətində də deyil. Belə ki, sentyabr ayına qədər Allanın uşaqları ilə birgə Rusiyaya gələcəyi gözlənilir. Deyim ki, sənətçinin varisləri öz vətənlərində məktəbə gedəcəklər axı. Amma Maksimin Alla və uşaqları ilə birgə qayıdıb-qayıtmayacağı hələ ki, dəqiq bilinmir.

...O da deyilir ki, guya sənətçi “biabırçılıq” içindədir. Belə ki, Putinin xüsusi əməliyyatını pisləyən Qalkin bütün reklam kataraktlarını və televiziyadakı yerini itirib. Doğrudur, hazırda şoumen xaricdə elə də pis qazanmır. Qeyd edək ki, onun Təl-Əvivdəki son konserti böyük uğurla keçib, amma...

...Bu arada rusiyalı bəstəkar və prodüser Aleksandr Dobronravov Alla Puqaçova və Maksim Qalkin nəhayət sevimli Qryaz kəndinə qayıdacaq və əvvəlki kimi yaşayacaqlarına ümid edir.

Yeri gəlmişkən, Dobronravov cütlüyün bəzi çətinliklərinin olacağını da istisna etmir.

O da maraqlıdır ki, Dobronravov Maksim Qalkinin Ukrayna ilə bağlı səsləndirdiyi mövqeyini bölüşmür. Onun fikrincə, Qalkin Putinin başlatdığı xüsusi əməliyyatı gərək açıq şəkildə tənqid etməməli idi.

...Deyim ki, “əla düşüncə”dir. Çünki, bu gün Rusiyada bəlkə elə Dobronravov da daxil olmaqla çoxları Qalkin kimi düşünsələr də, amma ürəklərinə salıb susurlar...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə