Alla hazırda Maksimlə İsraildə dənizin dadını çıxarır

Alla hazırda Maksimlə İsraildə dənizin dadını çıxarır

...Əri Maksim Qalkinlə birlikdə İsrailə gedən Alla Puqaçova dünyadakı siyasi vəziyyət haqqında heç nə danışmır, amma vətəni Rusiyada hələ də mühacirətə görə tənqid olunur.

O gün əsil rus ziyalısı Anatoli Vasserman da gözəl bir təkliflə çıxış edərək deyib ki, gəlin “əl-ələ verib” Allanı danışdırmayağın. Ziyalıya görə, Alla Puqaçova üçün ən böyük cəza onun, sadəcə olaraq unudulması və ona əhəmiyyət verilməməsi olacaq.Təbii ki, Primadonna buna görə bizdən inciyəcək...qoyun, incisin.
Vassermanın başqa bir tapıntısı Alla Puqaçovanın guya təhqirləri bəyənməsi ilə bağlıdır. Ziyalı deyir ki, bu dəqiqə unudulma ərəfəsində olan Alla, guya onun haqqında yazılmasını istəyir.
...İşə bax, sən bu təmənnada ikən...
...Primadonna hazırda İsraildə dənizin dadını çıxarır, əri Maksim Qalkin isə konsertlərlə ölkəni gəzir.
Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə