“Ostankino”da Alla barədə təhqiredici mesaj

“Ostankino”da Alla barədə  təhqiredici mesaj

Bu arada naməlum şəxslər “Ostankino” televiziya mərkəzinin fasadında müğənni Alla Puqaçovanın ünvanına təhqiramiz mesaj yazıblar. Bu hərəkətin səbəbləri məlum olmasa da, lakin ulduzun pərəstişkarları mesaj yazanların cəzalandırılmasını tələb edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “StarHit” məlumat yayıb.

Deməli fasada yazılan mesaj təqribən belədir: “Alla, nə yaxşı ki, qaçdın. Alla, sən çoxdan buradasan...”.

Təbii ki, ardını yazmağı münasib bilmirik.

Deyilənə görə, “Ostankino” telemərkəzinin rəsmiləri Puqaçovaya ünvanlanan mesaja münasibət bildirməkdən imtina etməklə yanaşı,.. kimin, nə üçün yazdığı ilə belə maraqlanmağa həvəs göstərməyiblər.

...“Körpüləri yandırır”... bunu da Kseniya Sobçak Qalkinin Ukrayna ilə bağlı dedikləri ilə bağlı paylaşıb. Deyim ki, Qalkin hər nə deyibsə, ruslar arasında bu mesaj hiddət dalğasına səbəb olub.

Xatırladaq ki, hələ fevral ayında Puqaçova Maksim Qalkin və uşaqlarla birlikdə Rusiyanı tərk edərək İsrailə gediblər. Alla uşaqların məktəbə getməli olduğu sentyabrın 1-nə kimi qayıdacağına söz verib.

Amma dünənə qədər susmağa qərar verən Qalkinin sentyabrın 2-də Avstraliyada konsert proqramı ilə çıxış edəcəyi ortaya çıxıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə