Tom Kruz “Qızıl palma budağı” qazandı

Tom Kruz “Qızıl palma budağı” qazandı

“Express K”nin “The Hollywood Reporter” nəşrinə istinadən verdiyi məlumata görə, “Top Gun: Maverik” filminin komandası və Tom Kruz Kann Film Festivalının qırmızı xalçasına çıxması gurultulu və uzun sürən alqışlarla müşayiət olunub. SİA bu barədə rus saytına istinad edir.

Qeyd edək ki, aktyor Kann festivalında ən mühüm mükafatı - fəxri “Qızıl palma budağı”nı qazanıb.

Bir vaxtlar Kruzun yüksək profilli karyerasına başladığı filmin davamının premyerası Kann Film Festivalı çərçivəsində artıq baş tutub və dünya nümayişi 25 may 2022-ci il tarixinə planlaşdırılır. Onu da bildirək ki, film iki il əvvəl yayımlanmalı idi, lakin koronavirus pandemiyası səbəbindən bu baş tutmamışdı.

Qeyd edək ki, fəxri “Qızıl palma budağı” kino sahəsində yüksək nailiyyətlərə görə verilir və festivalın tarixində təxminən 15 dəfə mükafatlandırılıb.

Yeri gəlmişkən bir müddət bundan əvvəl rusiyalı rejissor Kirill Serebrennikovun filminin də Kann kinofestivalının proqramına daxil edildiyi bildirilmişdi. Amma...baş verən son hadisələr bunun qarşısına sədd çəkdi. Necə deyərlər, “...Allah baisin evini yıxsın”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə