...Bu arada rusiyalı müğənni Qriqori Leps Qərbin rus mədəniyyətini ləğv etmək cəhdlərini şərh edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Maraqlıdır ki, müğənni rus dilində olan hər şeyə edilən hücumları ingilis romantik şairi Corc Bayronun ləğvi ilə müqayisə edib: “...Bəs Çaykovskini, Qlinkanı, Dostoyevskini, Puşkini necə ləğv etmək olar? Sanki indi Bayron və ya Şekspiri ləğv edirik. Artıq insanlar bütün bəşəriyyətin yaddaşına qızıl hərflərlə yazılmış əsərlərini yazıblar”.
Lepsin fikrincə, rus yazıçı və bəstəkarlarının əsərlərini ləğv etmək və əvəz etmək mümkün deyil, “...bununla belə, Qərb buna da cəhd edir”.
Qeyd edək ki, bundan bir qədər əvvəl aktrisa Alisa Freindlix də rus mədəniyyətinin ləğvindən danışıb: “...Hələ özümü hiss etmirəm. Ətrafımda ruslar var. Hər il harasa gedirdim, heç bir problem yox idi. İndi mən burada, rus coğrafiyasında, rus tamaşaçılarının əhatəsində oturmuşam. Heç bir problemim yoxdur”, - deyə o bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB