...Vəkil Yuliya Verbitskaya-Linnik hesab edir ki, İsrailə gedən yumorist Maksim Qalkinə Rusiya əleyhinə işlətdiyi ifadələrinə görə cinayət işi açılarsa, o, beynəlxalq axtarışa verilə bilər.
SİA bu barədə “rambler”ə istinad edir.
İndi kifayət qədər tanınmış insanın axtarışa verildiyini deyən vəkil Qalkinin hərəkətlərinin istintaq tərəfindən necə qiymətləndirilməsindən asılı olacağını da gizlətməyib. Onun dediyinə görə, cəza maddədən asılı olaraq dəyişə bilər.
Məsələn, əmlakla bağlı tədbirlər, hüquqların itirilməsi və ya həbs. Vəkil həmçinin qeyd edib ki, Rusiya qanunvericiliyi, o cümlədən cinayət-prosessual profilaktik olaraq dəyişir və buna görə də hər şey bir anda dəyişə bilər.
Xatırladaq ki, bundan bir az əvvəl “FederalPress” Puqaçovun Rusiyaya qayıtmağa çağırıldığını yazmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB