Alla Barisovna-Primadonna artıq üçüncü aydır ki, əri və uşaqları ilə İsraildə yaşayır. Bir çox pərəstişkarları onu vətənlərində yenidən görmək ümidini itirib. Alla Puqaçova və Maksim Qalkinin uşaqları Harri və Liza ilə birlikdə Rusiyaya qayıtması payızda, yeni dərs ilinin əvvəlində gözlənilir.

SİA xəbər verir ki, bu barədə “İzvestiya”nın İsraildəki müxbirinə müğənninin özü məlumat verib. Rusiya səhnəsinin Primadonnasına görə, Liza və Harrinin tətillərinin sonuna qədər ailə Moskvaya qayıtmalı olacaq.

Əlbəttə ki, bu xəbər sənətçinin pərəstişkarlarını çox sevindirib.

Əslində, son çümlənin ciddi və ya istehza ilə deyildiyi, məncə bir az müəmmalı görünür.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə