Onun Rusiyadan qaçan Çulpan Xamatovaya yazığı gəlib?

...Aktrisa Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyadan Latviyaya qaçıb. Sonra bir neçə yüksək səviyyəli müsahibələr verdi, bundan sonra keçmiş həmkarları və ictimaiyyət tərəfindən kəskin tənqid edildi.

Bu yaxınlarda isə prankerlər Vovan və Lexus rola girib Ukrayna səfirinin adından ona zəng vurub Ukraynaya dəvət ediblər. Sonra onun Rusiyaya qayıdacağını soruşdular. Xamatova əvvəlcə “bəli” cavab verib, təbii ki, “yox” deyib.

Qeyd edək ki, bunlar sosial şəbəkədə yayımlanandan sonra aktyor İvan Oxlobıstin Xamatovaya yazığı gəldiyini deyib. Aktrisanın qarışdığını, amma indi heç nə etmədiyini və bəlkə də edə bilmədiyini qeyd edib.

... Xamatova hər şeyi başa düşür və keçmiş həyatına, ulduz olduğu dövrlərə həsrət qalır. Çünki indi o, bunu heç vaxt hiss edə bilməyəcək. Oxlobıstin qeyd edib ki, o, Qərb mediasında Mordor dəhşətlərinin üzə çıxarılması rolunu yerinə yetirdikdən sonra Baltik teatrının rusdilli truppasında darıxdırıcı həyat sürəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə