Morgenstern xarici agentlər siyahısında..?

Morgenstern xarici agentlər siyahısında..?

Rusiyalı reper Alişir Morgenstern öz ölkəsində fiziki şəxslər - xarici agentlər siyahısına daxil edilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Maraqlıdır ki, media xarici agentlər siyahısında Lyubov Sobol, Vladimir Milov və Leonid Qozmanın da adlarını yazıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl, Morqenştern narkotik təbliğatı işi üzrə ilk məhkəmə iclasına gəlməyib.

Ən maraqlısı bilirsiniz nədir? Belə ki, hələ aprelin 15-də məlum olub ki, Morqenştern ona qarşı narkotik təbliğatı ilə bağlı iki inzibati protokol tərtib etmiş Naberejnıye Çelnıdan olan polis mayoruna qarşı prokurorluğa şikayət edəcək.

Polis məmuru ifaçının sinəsindəki sirr kolu təsviri olan döyməyə görə Morgenstern haqqında protokol tərtib edib. Mayor hesab edirdi ki, belə bir görüntü narkotik təbliğatıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə