Bu filmə sahib çıxmağınızı istəyirəm

Bu filmə sahib çıxmağınızı istəyirəm

Bu gün “Park Cinema Park Bulvar” kinoteatrında “İki gözüm Ahmet” filmi ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda filmin rejissoru Gani Şavata iştirak edərək, mətbuat nümayəndələrinin suallarını cavablandırıb:

“Azərbaycan dövlətindən, xalqından üzr istəyirəm. Çünki mən niyə indiyə qədər burda sizinlə birgə iş görməməyimin vicdan əzabını çəkirəm.

Ahmet Kaya bütün dillərin səsidir. O, mənim uşaqlıq dostumdur. Keçmişə baxdığımızda Ahmet Kayanın 31-ci sinema filmidir. Məncə Ahmet Kaya ölməyib, o, bizimlədir. Mən bu filmə sahib çıxmağınızı istəyirəm. Ahmet Kayanın musiqilərini yeni nəsillər o qədər də bilmir. Amma sizlərin çoxu əminəm ki, bilirsiniz. Mən burada Qarabağ məsələsinə də film çəkmək istəyirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə