Xəbər verdiyimiz kimi, 27 mayda türkiyəli məşhur ifaçı Gülşən Bakıda konsert verəcək. SİA xəbər verir ki, sənətçinin səhnə geyimi burada hazırlanacaq. Belə ki, müğənninin razılığı ilə onun libasını aktrisa Nərgiz Əliyevanın sahibi olduğu moda evi ərsəyə gətirəcək. Uzun zamandır səhnə geyimləri ilə gündəmə gələn və müzakirə edilən Gülşənin Bakı konsertində nə geyinəcəyi isə indidən marağa səbəb olub.
Qeyd edək ki, müğəninin konserti Bakı Konqres Mərkəzində baş tutacaq. Gecəyə biletlər 35 manatdan başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB