“Efiri əclaf və liberallar ələ keçirib”

Rus rejissor Sobçak və Xamatovanı tənqid edib
“Efiri əclaf və liberallar ələ keçirib”

...Rusiyada “mədəniyyət siyasəti” yoxdur.

Deyim ki, bu elə bir yenilik olmasa da, hər halda rusiyalı prodüser Eduard Boyakov bunu bu dəfə “YouTube” vasitəsilə yerlilərinə xatırladıb.

SİA bu barədə rus saytlarına istinad edir.

“...Siz, Kseniya Anatolyevna və dostlarınız, alçaqlar və liberallarınız efirləri və media sahəsini ələ keçirmisiniz. Siz bir rus adamını oturdub, onu ancaq Kirkorova qulaq asmağa məcbur edirsiniz”.- deyə Boyakov bildirib.

Onun fikrincə, məhz buna görə də bu gün ölkədə istedadlı şəxslərin inkişafına imkan verilmir.

Bundan əlavə, rejissor Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Latviyaya mühacirət edən Çulpan Xamatovanı da pisləyib. O, Xamatovaya “liberal olduğu üçün ona hörmət etmədiyini” də bildirib.

Xatırladaq ki, Xamatova Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından bir ay keçməmiş martın 23-də “Sovremennik” Teatrından istefa verərək Latviyada məskunlaşıb və ona yerli teatrlardan birində iş təklif olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə