Röya Ayxan “Ağla” klipinin tizerini təqdim edib

Röya Ayxan “Ağla” klipinin tizerini təqdim edib

Xalq artisti Röya Ayxan Türkiyədə lentə aldırdığı “Ağla” klipinin tizerini təqdim edib. Sözləri Cəlal Qurbanov, musiqisi Muxtar Abseynova məxsus mahnını Müjdat Küpşi ekranlaşdırıb. SİA xəbər verir ki, layihə bir neçə gün sonra bütün musiqi platformalarında, eyni zamanda “YouTube”da təqdim ediləcək.

Qeyd edək ki, İstanbulda çəkilən klipin prodüseri Kənan Bayramovdur. Röya modelyer Gülşah Saraçoğlu imzalı iki geyimdən istifadə edib. Sənətçinin staylinqi ilə Bener Hamamcı məşğul olub.

Bütün xəbərlər Facebook səhifəmizdə