Deyəsən, ruslar Alla ilə Maksimdən, onların indiki yaşam tərzindən “nigarandırlar”. Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin martın əvvəlində Rusiyanı tərk edərək İsrailin Qeysəriyyə (Kesariya) şəhərinə köçüblər. Əslində bura şəhər də demək olmaz. Bu, İsrailin Aralıq dənizi sahillərində, Fələstinin qədim Qeysəriyyəsinin şimal və şərqində adicə kommunal yaşayış məntəqəsidir. Nə isə...
Uşaqları ilə birlikdə qeyri-müəyyən müddətə İsrailə gələn cütlük, bizlərdə deyildiyi kimi, bəzi problemləri olsa da, amma yenə də naşükürlük etmirlər. Axı, bura xaricdir, burada yaşamaq heç də ucuz başa gəlmir. Yenə də nə isə...
Yadınızda olar, əvvəllər bəzi ağzıgöycəklər Puqaçova ilə Qalkinin İsraildə daşınmaz əmlakı olduğunu deyirdilər. İnanın ki, yalanmış. Əgər olsaydı indi onlar 650 kv.metrlik olan villada yaşayardılarmı? Özü də, deyilənə görə, hər ay da rus pulu ilə bir milyon rubl evkirəsi ödəyirlər.
Qeyd edək ki, Puqaçovanın İsraildə vətəndaşlıq alması məsələsi əvvəllər də müzakirə olunub. Sənətçi əgər İsrail dövlətinin vətəndaşı olarsa, bu halda onun pensiyası 85 min rubl ola bilər.
Yeri gəlmişkən, deyim ki, bir dəfə təsadüfən müğənni Lolita Milyavskayanın şikayətinin “qulaq oğrusu” olmuşam. Belə ki, Lolita şikayətlənirdi ki, mən də Alla kimi təqaüdə çıxmışam, amma bəs necə olur ki, ona 46, mənə isə 23 min rubl təqaüd verirlər?
Deyim ki, bu gün Lolita İsrailə köçmək hüququnu “özündə saxlasa” da, amma o, 23 min rubla qane olub hələ də Rusiyada yaşamını davam etdirir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB