Azərbaycanda rep festivalı keçiriləcək

Azərbaycanda rep festivalı keçiriləcək. SİA xəbər verir ki, 28 mayda baş tutacaq tədbirdə bir-birindən tanınmış reperlər səhnə alacaq.

Gecədə Elşad Xose, Paster, Aslıxan, Xpert, Okaber, Ruzgar, Rio və Saybu Swag hit mahnılarını səsləndirəcək.

Həmçinin, DJ-lər MC Remo, DJ TIM və DJ AX-ın da çıxışları festivala rəng qatacaq.

Tədbir Elektra Eventsin Hallda baş tutacaq. Konsertə giriş 30 manatdan başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə