“Mən xaricdə heç kimə lazım deyiləm..?”

“Mən xaricdə heç kimə lazım deyiləm..?”

Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat fonunda bir çox rus sənət adamları bir-bir vətənlərini tərk etməyə başlayıblar. Gediş səbəbləri isə müxtəlifdir, kimi müalicəyə, kimi qəfil istirahətə, kimi də sadəcə olaraq ezamiyyətə gedirlər.

Təbii ki, indi biz burada bununla bağlı siyahı tərtib etmək niyyətində deyilik. Özləri bilər. Amma hələ ki, ölkədən qaçmayanların gələcək planları ilə maraqlanmaq məncə oxucular üçün də maraqlı olardı.

Məsələn, aktrisa Alisa Freindlix hələ ki, Rusiyanı tərk etmək niyyətində deyil.

SİA-nın əldə etdiyi məlumata görə, seçdiyi peşəni rus mədəniyyəti ilə sıx bağlı olduğunu deyən sənətçi ölkədən kənarda heç kimə lazım olmadığını da gizlətməyir.

Dediyinə görə o, nə indi, nə də əvvəllər ölkəni tərk etmək arzusunda olmayıb.

Qeyd edək ki, bu gün 87 yaşlı Alisa Freindlix 65 ildir ki, səhnədədir. 40 il aktrisa Georgi Tovstonoqov adına Böyük Dram Teatrında çalışıb. Yaşının çox olmasına baxmayaraq, hələ də işləməyə və teatr tamaşalarında iştirak etməyə davam edir.

Nazlı Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə