Müğənninin qızı evlənir

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ilk dəfə olaraq nişanlısı ilə efirə çıxıb. SİA xəbər verir ki, Aysun İsmayılova Atv-də yayımlanan "Zaurla Günaydın" verlişinin qonağı olub. Verliş əsnasında Aysun İsmayılova toy planlarından danışıb. Məşhur müğənninin sözlərinə görə, yay fəslində evlənmək onun uşaqlıq arzusu olub. Məhz bu səbəbdən toyunu yayda etmək istəyən Aysun İsmayılova yalnız yaxınları ilə hovuz kənarında toy edəcəyini bildirib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə