Rusiyalı teleaparıcı Kseniya Sobçak Rusiyada konsertsiz qaldığını əsas gətirərək, hazırda İsraildə konsert verməyə hazırlaşan parodist Maksim Qalkinə dəstək olub.
SİA xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Qalkin Ukraynadakı vəziyyətlə bağlı mövqeyinə görə ciddi tənqidlərə məruz qaldığını bildirmişdi. Maraqlıdır ki, Sobçak bu gün özünün də oxşar vəziyyətdə olduğunu bildirib.
Onun sözlərinə görə, yazı dərc edildikdən sonra o da "kanalizasiya çəlləyindən" əziyyət çəkib və bunun hansısa direktivin nəticəsi olduğunu irəli sürüb. Eyni zamanda jurnalist Qalkinin qərarına hörmətlə yanaşdığını bildirib.
Bundan əvvəl Qalkin etiraf etmişdi ki, maliyyə çətinliyi üzündən Rusiyanı tərk edərək İsrailə gedib.
Qeyd edək ki, Qalkin ona irad bildirənlərə "xəyanətdə məni qınamayın. Burada xəyanət yoxdur" deyə bildirib.
Nazlı Babayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB