Rusiyalı şoumen Maksim Qalkinin İsrail şəhərlərindəki konsertlərinin biletləri demək olar ki, tamamilə satılıb. “StarHit” şəbəkə nəşrinin məlumatına görə, planlaşdırılan doqquz tədbirdən yeddis demək olar ki, anşlaq olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qalkinin konsertlərinə satılan biletin qiyməti 224 ilə 374 şekel arasında dəyişir ki, bu da rus puluyla təxminən 5300 ilə 8900 rubl arasındadır.
Qeyd edək ki, Qalkinin ilk konserti iyunun 3-də Təl-Əvivdəki çıxışla başlayacaq,
Xatırladaq ki, Qalkin Ukraynada keçirilən xüsusi əməliyyata qarşı çıxandan sonra zövcəsi Alla Puqaçova və “uşaqları” ilə birlikdə İsrailə gedib.
Deyilən şayiələrə görə, Birinci Kanal teleaparıcı ilə işini dayandırıb, üstəlik o, reklam müqavilələrini də itirib. (təbii ki, ruslar Qalkinin özbaşınalığını cavabsız qoya bilməzlər axı...)
Maraqlıdır ki, onun qayıdıb-qayıtmayacağı hələ ki, sual altındadır. Bu arada abunəçilərinə müraciət edib, onları konsertlərinə dəvət edən Qalkinin bu hərəkəti rusların “gurultulu” tənqidi ilə üzləşib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB