3 ildir küsülü olan influenserlər barışdı

"2019-cu ildən bəri küsülü olan influenserlər Aysel Şükür və Asya İsmayılova barışıb. SİA xəbər verir ki, Asya İsmayılova yaşadığı faciəvi hadisədən sonra xəstəxanada Aysel Şükürü ziyarət edib.

Daha sonra öz sosial şəbəkəsindən Aysel ilə fotosunu paylaşan Asya bu sözləri yazıb: "Sən istəyərsən və biz gəlmərik, Aysel? Təəssüf ki, zamanı geri qaytarmaq mümkün deyil. Düzdür, bəzi şeylər yaşanmamalı idi. Ancaq olan oldu, keçən keçdi. Biz hər şeyi unutduq. Təki sən yaxşı ol, hamımızın duası səninlədir. Sən güclüsən. Allah səni övladlarına bağışlasın".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə