Milli yığmanın uğuru onların potensialını sübut etdi - İDARƏ RƏİSİ DANIŞDI
“Bir mənalı olaraq Avropa çempionatında sərbəst güləşçilərimizin çıxışı bizi sevindirir. Cənab Prezidentlə görüşdən sonra 23 yaşadək idmançıların Avropa çempionatındakı iştirakdan sonra böyüklər arasında da milli yığmanın davamlı şəkildə uğurlarının əldə olunması stabilliyin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov bildirib.
Onun sözlərinə görə, 1 qızıl, 4 gümüş, 2 bürünc medalın əldə olunması və komanda hesabında 1-ci yerə çıxması milli yığma komandanın stabil çıxışlarının və yüksək nəticələrin əldə olunmasının göstəricisidir: “Fürsətdən istifadə edərək həm məşqçi korpusumuzu, həm Güləş Federasiyamızı, həm də Gənclər və İdman Nazirliyini, Milli Olimpiya Komitəsini bu uğur münasibəti ilə təbrik edirəm. Avropa çempionatı dünya çempionatı və linsenziya xarakterli yarışlar öncəsi çox böyük əhəmiyyət kəsb edir. Bu artıq milli yığma komanda hesabında birinci yerə çıxmasının 3-cü belə bir uğurudur. Bunların hər bir bizə onu deməyə əsas verir ki, stabillik və ardıcılıq mövcuddur. Məşqçi korpusumuz və federasiyadakı islahatlar, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin müştərək əməkdaşlığı öz bəhrəsini verir. Budapeşt Avropa Oyunları bizim milli yığma komandanın pantensialının göstəricisini ortaya qoydu. Paris 2024-cü il oyunlar öncəsi görüləcək işlər, təhlil, rəqiblərin tanınması və nəticələrimizin daha da yaxşılaşdırılması üçün məşqçi korpusu qarşısında məsuliyyətli işin davamlı şəkildə aparılmasının əyani sübutudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB