Modelin üzərindəkilər 35 milyon TL olub -FOTOLAR

Modelin üzərindəkilər 35 milyon TL olub -FOTOLAR

Model Tülin Şahin bir markanın tanıtım siması oldu. O, qırmızı dekolteli libası və ləl-cəvahiratı ilə nəfəs kəsib. SİA xarici mətbuata istinadən xəbər verir ki, üzərində gəzdirdiyi zinət əşyalarının qiyməti heyrətamizdir.

Tülin Şahin İstanbul Jewelry Show-da modellik edib. Qırmızı paltarı ilə diqqət çəkən model, “Üstümdəki brilyantların dəyəri 35 milyon TL-dir. Təkcə boyunbağının qiyməti 25 milyon TL-dir. Xüsusilə bu gün üçün hazırlanıb”. Hər qadın kimi zinət əşyalarına önəm verdiyini bildirən Tülin hər zaman boyunbağı və ya bilərzik taxdığını bildirib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə