Müğənni təklifi qəbul etmədi

Son zamanlar Cemal Güzelci ilə eşq macərası ilə gündəmə gələn türkiyəli müğənni Hülya Avşar Etilerdə təlaşlı halda fotosessiyaya çəkilib. Tələsik olduğunu və gecikdiyini deyən Avşar heyrətamiz 12 milyonluq reklam təklifinə cavab verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, kosmetika firması ilə görüşən 58 yaşlı müğənniyə reklam kampaniyasının siması olmaq təklif edilib.

Sənətçinin bu təklifi qəbul etmədiyi və düşünmək üçün vaxt istədiyi iddia edilərkən, sözügedən şirkətdən Hülya Avşara 12 milyon TL təklif edildiyi öyrənilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə