"Polis akademiyası"nın ulduzu vəfat etdi

"Polis akademiyası"nın ulduzu vəfat etdi

Məşhur komediya filmi "Polis akademiyası"nın ulduzu Hovard Hesseman vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Kerolayn Dyukrok "The Hollywood Reporter"ə açıqlamasında bildirib. O, Hovardın şənbə günü dünyasını dəyişdiyini qeyd edib.

Onun ölümünə səbəb kolon xərçəngindən (bağırsaq xərçəngi) əziyyət çəkən aktyorun vəziyyətinin yayda etdirdiyi əməliyyatdan sonra ağırlaşması olub.

Qeyd edək ki, Hovard sözügedən ekran işində canlandırdığı kapitan Pit Lassard obrazı ilə məşhurlaşıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə